bey3

 

Dr. Fərid Əliyev 1984 cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuşdur.
1991-ci ildə orta məktəbə daxil olmuşdur və 2001-ci ildə Kimya-Biologiya Təmaüllü liseyini bitirmişdir.
2001-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsinə yüksək balla daxil olmuşdur və 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir.
2007-2009-cu illər ərzində Ukrayna Respublikasınıın Kiyev şəhəri P.L.Şupik adına beynəlxalq tibb akedmiyasını kliniki ordinatura kursu keçmişdir.
2010-cu ildə Abşeron rayon mərkəzi xəstəxanasında Qulaq-Burun-Boğaz şöbəsinin müdiri təyin olunmuşdur. Bununla yanaşı Turan Klinikası, Vital klinikası, Azer Türk Med hospital, Baku Medical Plaza və Real hospital da fəaliyyət göstərmişdir. Hal-hazırda Real Hospital özəl klinikasında burun estetiki (rinoplastika) və lor-cərrah olaraq fəaliyyət göstərir.
2011-ci ilin 31 yanvar və 28 fevral tarixləri ərzində Türkiyə Cumhuriyyətinin Ankara şəhərinin Dış Kapı Yıldırım Beyazit adına eğitim və araşdırma hastanesində Qulaq-Burun-Boğaz şöbəsində təkmilləşmə kursu keçmişdir.
2015-ci ildə sentyabr ayında Türkiyə Cumhurriyyəti Amerikan Hastanesində məşhur Rinoplastik cərrah Barış Çakırın "Fellowship Programı" çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2016-cı ilin yanvar ayında yenidən Amerikan Hastanesində Süreyya Şeneldir-in Ri̇noplasti̇ka  (Burun Estetiki) təkmilləşmə programı çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2017-ci ilin 31 mart və 1 aprel tarixlərində Amerikan Hastanesində "Rinoplasty School"-un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.
2017-ci il 2 və 4 iyun tarixlərində "Rhinoplasty İstanbul Workshop" beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransından iştirak etmişdir.
2017-ci il sentyabr ayında Türkiyə Cumhurriyətinin İstanbul şəhəri Acibadem Hastanesində Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018-ci ildə yanvar ayında Türkiyə Cumhirriyətinin İstanbul şəhəri Acibadem Hastanesində ("Qapalı" və ya başqa adla "Karma") Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018 ci ilin mart ayında "Rinoplasty School" -un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.

Xidmətlərimiz

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq lor və estetik cərrah Dr. Fərid Əliyevə məxsusdur. Müalicə və proflaktika tədbirləri həkimdən məsləhətsiz aparılmamalıdır. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.rinoplastik.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC