blog img
  • 197
  • 17 Avqust 2024

Rinoplastika (Burun Estetiki) yeni zamanda

Rinoplastika (Burun Əməliyyatı) XIX əsrin əvvəlində avropalı cərrahlar tərəfindən qəti şəkildə qəbul edilmişdir. İngiltərəli Rinoplastik cərrah (burun estetiki cərrahı) C.K. Karpyu (J.C.Carpue) burunun bərpa edilməsi texnikasını Kəlküttədə mənimsəmişdir. O, Londonda cərrahi təcrübə ilə məşğul olaraq, rinoplastika (burun əməliyyatı) texnikasını təkmilləşdirmişdir. Alman Rinoplastika cərrahı (Burun estetik cərrahı) Karl Ferdinand fon Qrefe (ata) (Carl Ferdinand Graefe, 1787-1840) 1811-ci ildə yanaq dərisindən qismən rinoplastika (burun estetik) əməliyyatı icra etmişdir, o, yaxınlıqda yerləşən sahələrindən dəri götürərək kiçik qızın burnunun ucunu bərpa etmişdir. Almaniyada rinoplastikanın (burun əməliyyatının) yeni üsullarını mənimsəməyə başlamışlar. 1816-cı ildə Qrefe Q.Talyakossanın metodu üzrə burnu bərpa etmişdir. Yeni italyan metodu dirçəlməyə başlamışdır. Qrefenin digər bir xidməti də ondan ibarətdir ki, o, rinoplastikanın (burun estetikinin) italyan üsuluna cərrahların əvvəlki diqqətini qaytarmış və rinoplastikanın (burun əməliyyatı) yeni metodlarının meydana gəlməsinə səbəb olmuşdur. Qrefenin yeni italyan üsulu və Kapryunun hind üsulu aseptik dövrə qədər Avropada cərrahlar tərəfindən geniş surətdə tətbiq edilməyə başlanmışdır. Bu cərrahlar parça kəsilməsi texnikasına öz təkmilləşdirmələrini daxil etmişlər. Məsələn, məlumdur ki, Byunger 1823-cü ildə bir xəstənin budundan dəri parçası kəsmiş və onu buruna köçürmüşdür; ancaq dəri parçasının böyük bir hissəsi ölgünləşmişdir, lakin toxumanın qismən bitişməsi də baş vermişdir.

BURUN ƏMƏLİYYATININ (RİNOPLASTİKANIN) TARİXİ

Ancaq yalnız İohann Fridrix Differbax (Dieffenbach Johann Friedrich, 1792-1847) cərrahlara müxtəlif xəstəlik formalarında plastik cərrahiyyənin əsaslarını tətbiq etməyi öyrədərək plastik cərrahiyyəyə yüksək dəyər gətirmiş və bu məsələyə istənilən halda yalnız ikinci dərəcəli rol oynayacaq kosmetik baxımdan yanaşmaqdan vaz keçmişdir. Sonuncu və bir çox baxımdan heç də az əhəmiyyət daşımayan addım zədələnmiş və ya kifayət qədər inkişaf etməmiş hissələrdə (xüsusilə də burun və damaq nahiyəsində) çatışmayan sümük əsasını yerinə yetirmək üçün plastik əməliyyatlar zamanı ilk dəfə sümük üstlüyündən (sümüyün üstünü örtən birləşdirici toxuma qişası) istifadə edilməsində yaxşı nəticə əldə edən Bernqardt Rudolf Konrad f. Langenbek (B.R.K.Langenbeck, 1810-1887) tərəfindən atılmışdır. O, sümük üstlüyünün sümüyün regenerasiyasında fəal surətdə inkişaf etməsinə əsaslanmışdır. Amerikalı C.Rok 1887-ci ildə burun ucunun düzəldilməsi üzrə əməliyyat icra etmiş və əməliyyatın nəticələrini onun aparılması texnikasının təsviri ilə birlikdə dərc etdirmişdir. Rusiya imperiyasında rinoplastika (burun estetiki) problemləri ilə N.İ.Piroqovun V.A.Karavayev, A.A.Kiter, P.Y.Nemmert və b. kimi tələbələri və ardıcılları məşğul olmuşlar. Kiyevli professor Vladimir Afanasyeviç Karavayev 12 orijinal əməliyyat təklif etmişdir ki, onların da arasında plastik əməliyyatlar üstünlük təşkil edir. 1840-сı ildə dərc edilən “Sağlamlığın dostu” jurnalında onun “Rinoplastika (Burun əməliyyatı), burnun sağ tərəfinin, sağ dəliyinin və çəpərinin yaradılması” adlı məqaləsi işıq üzü görmüşdür. Bu məqalədə o, özünün əməliyyatının aparılması metodikası barədə də məlumat vermişdir. “Bir yerdən götürülərək digər yerə köçürülən dəri parçası, -V.Karavayev yazırdı, - həyatın yeni təsirlərinə tabe olur, ona görə də digər həyatı və əvvəlkindən doğma orqanizmdən fərqli tamamilə başqa orqanizmi qəbul edir. Əgər kimsə burnun indi qığırdaq möhkəmliyinə malik olan və burnun ucu üçün əla dayaq rolu oynayan yenidən yaradılmış çəpəri üzərində araşdırma apararsa, onun yanağın yağlı və yumşaq dərisindən yarana biləcəyinə inanmaqdı”. V.A.Karavayev həmçinin alından alınan dəri parçasından burun körpüsünün düzləşdirilməsi metodunu, burun qanadı qüsurunun bərpa edilməsi üsulu, yuxarı dodaqdan burun çəpərinin yaradılmasını təsvir etmişdir.

RİNOPLASTİKA (BURUN ESTETİKİ ƏMƏLİYYATI)

Rinoplastika (burun estetiki) zamanı cərrahlar tərəfindən uzun müddət bərpaetmə (zədələr, xəstəlik və anadangəlmə qüsurlar zamanı) məqsədi güdülmüşdür, estetik amillər isə yalnız əsas məqsədi müşayiət edirdilər. Budur, XIX əsrin sonunda estetik aspektləri də nəzərə alaraq, əməliyyatlar keçirməyə başlayırlar. Bu məsələdə ilk cığırı açan Roçesterdən olan həkim, fındıqburnun korreksiyası metodikasını təsvir edən Con Orlando Roy (1848-1915-ci illər) olmuşdur. O, ilk dəfə qapalı əməliyyat üsulunu təklif etmişdir. O, həmçinin burun profilinin dərialtı korreksiyası, onun ölçülərinin azaldılması və donqarın götürülməsi metodikasını işləyib hazırlamışdır. Bir qədər sonra Royla birlikdə estetik rinoplastikanın (burun estetikinin) atası adını bölüşən Jak Jozefin analoji mövzu ilə bağlı əsəri dərc olunmuşdur. Məhz o, üzdə korreksiyaedici və rekonstruktiv əməliyyatların əsas prinsiplərini formalaşdırmışdır. 1900-1901-ci illərdə burnun yəhərşəkilli deformasiyasının düzəldilməsi zamanı burun çəpəri qığırdağının uğurla köçürülməsi haqqında məlumatlar yayılmışdı. 1965-cı ildən başlayaraq qapalı burun əməliyyatları icra edən həkim Tsope, Xutsidze Vaxtanq Qalaktionoviç (plastik cərrah, otorinolarinqoloq) Sovet dövrünün əfsanəvi plastik cərrahı idi, 1984-cü ildə moskvalı kinodokumentalistlər tərəfindən lentə alınan “Məni gözəl edin” sənədli filmi onun fəaliyyətini əks etdirirdi.

 

Burun Estetikası
Estetik əməliyyat insanın xarici görünüşünü bərpa etmək məqsədini daşıyır. Estetik burun əməliyyatı və ya “Rinoplastika” (burun nöqsanının cərrahlıq yolu ilə düzəldilməsi) insanın xarici görünüşünü bərpa etmək üçün burnun yeni formaya salınmasıdır. Bərpa rinoplastikası anadan gəlmə qüsur və ya yaralanma nəticəsində yaranan forma defektini bərpa etmək üçün həyata keçirilir. Əməliyyatdan sonra çox korlanan, adətən dağılmış burunlarda da bərpa əməliyyatı lazım ola bilər. Rinoplastika eyni zamanda daxildəki forma defektinə əsaslanan burun tutulmasını sakitləşdirmək məqsədiylə həyata keçirilən əməliyyatla birlikdə də həyata keçirilə bilər.

ƏMƏLİYYATDAN ƏVVƏLKİ QİYMƏTLƏNDİRMƏ
Rinoplastika əməliyyatını düşünən şəxsin atacağı ilk addım plastik cərrahla məsləhətləşməkdir. O, arzu etdiyi nəticənin qüsursuzluq deyil, bərpa olduğunu nəzərə alaraq əməliyyatdan sonra daha yaxşı görünmək və özünü daha yaxşı hiss etməklə bağlı ehtimallarını açıq şəkildə müzakirə etməlidir. Hər hansı bir estetik əməliyyatdan əvvəl təsbit olunacaq ən mühüm amillərdən biri emosional tarazlıqdır. Rinoplastika burnunuzun formasını dəyişə bilər, ancaq həyatınızı istiqamətləndirə bilməz. Estetik əməliyyat xarici görünüşünüzü bərpa edir və özünüzə olan inamınızı artırır, amma bundan sonrası sizdən asılıdır. Burnun fiziki müayinəsindən sonra cərrah metodla bağlı qərara təsir göstərə biləcək digər dəyişiklikləri sizinlə müzakirə edəcəkdir. İlk görüş zamanı cərrah istifadə olunacaq əməliyyat texnikası, narkoz, əməliyyatın harada keçiriləcəyi və bu əməliyyatla real olaraq nələrə nail ola bilər kimi sizin vəziyyətinizlə bağlı xüsusi detalları izah edəcəkdir.Hər il minlərlə rinoplastika əməliyyatı müvəffəqiyyətlə tətbiq olunur. Yenə də əməliyyatın ehtimal oluna bilən təhlükələri və rinoplastika ilə bağlı xüsusi risklər haqqında məlumatlandırılmalısınız. Görünüşü bərpa etmək məqsədiylə ilk dəfə tətbiq aparılan əməliyyatdan sonra nadir hallarda ağırlaşmalar ola bilər (infeksiya kimi) Gec sağalma zamanı ikinci əməliyyat tələb oluna bilər. Ağırlaşma riski sağalma dövründə cərrahın məsləhətlərini diqqətlə tətbiq edərək azaldılır. Rinoplastika xərcləri və xəstəxana qiymətləri çox fərqlidir.Plastik cərrahınızla ilk görüş zamanı aşağıda göstərilən mövzularla bağlı əksiksiz məlumat almağa diqqət etməlisiniz Alacağınız tibbi müalicələr,Qəbul edəcəyiniz əlavə qida maddələri və bitkilərdən hazırlanan dərmanlar baxımından tibbi müalicəniz,Təngnəfəslik və ya nəfəs tutulmasına səbəb ola biləcək şərtləri yaradacaq allergiyalar, Təngnəfəsliyin aradan qaldırılmasına yardımçı olan burun spreylərindən necə istifadə edəcəksiniz?Görüş nəticəsində estetik burun əməliyyatına qərar verildiyi və əməliyyat tarixiniz müəyyən olunduğu təqdirdə cərrahınız sizə əməliyyatdan əvvəl və sonra görəcəyiniz işlər haqqında məlumat verəcəkdir: Əməliyyatınızı və ya sağalma müddətinizi çətinləşdirəcək bəzi tibbi müalicələrdən uzaq durmalısınız. Əməliyyatdan 10 gün əvvəl aspirin və alternativ tipli dərmanları qəbul etməyin.Əməliyyatdan əvvəl və sonra müəyyən olunmuş dövrdə siqaret çəkməyin.Əməliyyatdan sonra yardım və qulluq üçün nəzərdə tutulan proseduralar sizə bildiriləcəkdir.ƏMƏLİYYAT METODU burun Əməliyyat üçün istifadə olunacaq texnika sadəcə cərrahınızın seçimindən deyil, sizin əməliyyat nəticələrinizdən nə gözlədiyiniz və ehtimallarınızdan asılıdır. Cərrah sizin üçün müvafiq saydığı burun formasını kompyuterdə hazırlamalı, sizə təqdim edib istəklərinizə uyğun olub-olmadığını qiymətləndirməlidir (Kompyuterdə aparılan çalışma sadəcə planlaşdırmadır. Xəstələr bunu vəd olaraq nəzərə almamalıdır) Estetik rinoplastika burun ölçülərini kiçiltmək və ya böyütmək, ucunu yeni formaya salmaq, burun donqarını bərpa etmək, yuxarı dodaq ilə burun arasındakı bucağı uyğunlaşdırmaq məqsədiylə tətbiq olunur. Bəzi hallarda konturu bərpa etmək məqsədiylə üzə (alın, almacıqlar, çənə və sair) toxuma əlavə etmək lazım olur. Bu dəyişikliklərin biri və ya hamısı bir əməliyyatla həyata keçirilir. Metod hansı dəyişikliklərin istənildiyi və cərrahın nəyə uyğun gördüyünə əsaslanır. Əməliyyat cərrahınızın məsləhətiylə ambulatoriya müalicə mərkəzi və ya xəstəxanada həyata keçirilə bilər.Burun əməliyyatındakı bir çox kəsiklər burun pərlərinin içində qoyulur və orada çalışılır. Buna “qapalı rinoplastika” deyilir. Digər hallarda cərrah kolumella qarşısındakı burun dəliklərini iki hissəyə ayıran zolaqda kiçik bir kəsik açaraq açıq rinoplastikanı tətbiq edir. Kəsik cərrahın sümük və qığırdaqları kəsmək, hamarlamaq, yenidən formaya salmaq və xarici görünüşü dəyişdirmək məqsədiylə hərəkət etməsi üçün giriş qapısını təmin edir. Burun donqarı tiyə və ya mişara bənzər bir alətin köməyilə hamarlanır və sonra iki tərəfdəki burun sümükləri daha dar körpü əmələ gətirmək üzrə tiyə ilə kəsilərək bir-birinə yaxınlaşdırılır.Qığırdaq kəsikləri burun ucunu balacalaşdırır və daha yaxşı kontur əmələ gətirir. Burun köküylə yuxarı dodaq arasındakı bucağı düzəltmək məqsədiylə burun ucu lazım olan qədər qaldırılır. Bu prosedura pərlərdə edilmiş kəsik yoluyla burun ortasındakı qığırdağın hamarlanmasıyla həyata keçirilir. Əgər burnun yuxarı hissəsindəki böyük bir donqar düzəldilirsə, burun altı uyğun olmayaraq enli olacaqdır. Bəzi xəstələrdə struktur olaraq burun altı enli olur. Daraltmaq üçün aşağı hissədən kiçik dəri üçbucaqları çıxarılır və burun pərləri orta xəttdə yaxınlaşdırılır. Qığırdaq və selikli qişalar bağlandıqdan sonra burun bandajlanır. Bundan sonra sümük və qığırdaqları yeni vəziyyətdə qorumaq üçün burunda gipsdən bandaj tətbiq olunur. Burnun orta qığırdağını qorumaq üçün xüsusilə də orta qığırdaqda əməliyyat aparılıbsa (deviasiya) burun tamponları yerləşdirilə bilər. Biz son zamanlar tampondan istifadə etmirik. Əməliyyat, ümumiyyətlə, saat yarım-iki saat davam edir, ancaq əməliyyatdan asılı olaraq əməliyyat müddəti uzana bilər.

Əməliyyat ilə nələri dəyişdirmək mümkündür?
Əgər burnunuzda qalxaqlıq varsa,bu götürülə bilir.Burun ucunda düşüklük varsa,burun ucu qaldırıla bilir.Burun ucu çox qalxaqsa,normal vəziyyətə salına bilər.Uzun burun qısaldıla,qısa burun isə normal hala gətirilə bilər.Unutmayaq ki,burnum bu şəkildə olsun deyən xanımlar,sizin sifətinizdə hər şey bir-birinə uyğun olmalıdır.Burnunuz qaşlarınızın yaxşı görünməsinə təsir etdiyi kimi,dodaqlarınızla burnunuzun arasındaki məsafə də çox mühüm bir faktordur.Əvvəlcə gəlin unutmayaq ki,hansısa yaxınınızda və ya tanınmış birində gördüyünüz burnu bəyənərək,eynisini sizin istəməyiniz heç də düzgün bir fikir deyildir.Bu bir növ kimdəsə bir paltar bəyənib eynisini tikdirib geyinmək və sizə yaraşmamağını görmək kimi bir şeydir.Ola bilsin ki,bu kobud bir şəkildə deyilmiş bənzətmədir.Amma bu bir gerçəklikdir.Deməli nə etmək lazımdır?Şəxsə yaraşan bir burun xarici görünüşünü seçmək lazımdır.Çoxunuzun gördüyü,*əvvəl və sonra* şəkilləri olur.Profildən çəkilmiş şəkillər daha çox xəstənin burun quruluşunu və dəyişikliyi göstərən xüsusiyyətə malikdir.Bir çox həkimlər bu fotoların üzərində xüsusi proqramlar vasitəsilə burnun əməliyyatdan sonra necə olacağını göstərə bilirlər.Amma bu heç də 100% bu şəkildə olacaq deyə əminlik verə bilməz.Bir də onu deməliyəm ki,həkimlə xəstə arasında xüsusi bir səmimilik olmalıdır.Buna səbəb isə xəstənin həkimə inamlı bir şəkildə əməliyyata girməyidir.Belə ki,həkim xəstəyə kəsəcəm və ya biçəcəm kimi sözlərini deyərsə,bu artıq xəstədə həkimi qəssab kimi görmək halını yarada bilər. winkBu çoxlarınıza gülməli gələ bilər,amma bu bir gerçəklikdir.Burun əməliyyatı üçün ən əsas qanun,mümkün olduğu qədər təbii görünməsidir.