service

Tenzilektomiya

Damaq badamcıqları əsnəyimizin yan divarlarda yerləşən limfa toxumalarıdır. Onlar bədənimizə tənəffüs etdiyimiz hava və qida ilə daxil olan bakteriya və virus kimi mikrobları tutaraq və orqanizmi mikroblardan müdafiə edən antikorlar istehsal edirlər. 

Damaq badamcıqlarının iltihabi xəstəlikləri tonzillit deyilir. Kəskin və xronik formaları ayırd edilir. İltihabi prosəslərin tez-tez təkrarlanması damaq badamcıqlarının böyüməsinə tonzil hipertrofiyasına getirib çıxarır. Bu xəstəliklər uşaq yaş qrupu xəstəlikləri olmaqla yanaşı yetkin insanlarda da rast gəlinir. Damaq badamcıqlarında gedən patoloji proseslər həmçinin bir cox infeksion və orqanizmin sistem xəstəliklərinin təzahürü ola bilər. Diaqnostika zamanı dəqiq anamnezin toplanılmasına, farinqoskopiyaya, qanın ümumi analizinə streptokok antitelinin analizə və s. ehtiyac olunur

Hansı vəziyyətlərdə tonzillektomiya ( Boğaz Əti ) icra edilir:
Tonzilektomiya əməliyyatını təyin etmek üçün həkim ciddi göstərişlərə əsaslanır. Valideynlər uşağının immun sisteminin zəifləməsini əsas gətirərək cərrahi müdaxiləyə görə narahat olurlar.Bu narahatlıq səbəbsiz deyildir. Damaq badamcıqları boğazda əsas təhlükəsizlik qapısı rolunu oynayır və immunitetin yaranmasında iştirak edir. Lakin, nəzərə almaq lazımdır ki, damaq badamcıqlarının xroniki vəziyyəti bu işi yerinə yetirməyə artıq qadir olmur və bədəndə infeksiya evinə çevrilir. Bir də yadda saxlamaq lazımdır ki, xr. tonsillit ağır xəstəlik olmaqla yanaşı, peritonsillar revmatik, abses xəstəlik, ürəkdə və böyrəklərdə ağırlaşmaları ilə təhlükəlidir.
Hal-hazırda tonzillektomiyadan sonra immunitetin zəifləməsi barəsində heç bir dəlil yoxdur. Ola bilsin ki, bu funksiyasını öz üzərinə boğazın selikli qişasına səpələnmiş, digər badamcıqlar və limfa toxumaları götürür.
Bir qayda olaraq, damaq badamcığı çıxarıldıqdan sonra,xroniki infeksiya ocagi aradan qaldırıldığı üçün uşaq iltihabi xəstəliklərlə daha az-az xəstələnir.
Əməliyyata mane olacaq hər hansı ciddi sağlıq problemi olmayan yetkinlərdə də badamcıq əməliyyatı icra edilir. Aşağı yaş həddi məcburi hallar xaricində 3-4 yaş olaraq təyin edilmişdir. Yuxarı yaş həddi isə fərqli ola bilər.
Böyük tonzillər: tənəffüs, udqunma və danışığa təsir edəcək qədər böyük tonzillərdə əməliyyat məsləhət görülür. Hava yolunda darlığa səbəb olan tonsillər eyni böyümüş adenoidler (burun əti) kimi xoruldama ve yuxu apnoesinə səbəb olur. Bu da həyatın sonrakı dövrlərində səhhət problemlərinə səbəb olur.
Təkrarlayan ve xronik infeksiyalar: çox təkrarlayan tonzil infeksiyalarında (tonzillit) tonzillektomiya məsləhətdir.
Peritonzilyar abses: Peritonzilyar abses olarsa absesi boşaldıb, antibiotik müalicəsi veririk. Sağaldıqdan sonra tonzillektomiya təyin olunur.
Xronik tonzillolitiazis: Tonzillər lakuna adı verilən bir çox ciblərdən ibarətdir. Bəzi xəstələrdə pis qoxulu ağ rəngli yığıntılar toplanır. Bu yığıntılar bakteriya ölü hüceyrələrdən ibarətdir. Müalicəsi tonzillektomiyadır amma seçim daha çox xəstənin iradəsinə buraxılır.
Asimetrik və xoralı şəkildə böyümüş tonzillər: Asimetrik olaraq böyük görünən və üzərində xorlar olan damaq badamcıqlarında tonzillektomiya icra edilə bilər. Əsas səbəb kimi onkoloji faktor götürülür.

Tonzilektomiya

Xroniki Tonzillit -Bir il içərisində ən az 7 defe,yada üst-üstü 2 il ərzində ən az 5 dəfə Kəskin Tonzillit ataklarının xəstədə rast gəlinməsi ilə xarakterizə olunur.Müayinələr zamamanı kəskin olan tabloya əlavə olaraq iləri dərəcədə böyümüş tonzillədə qarşılaşmaq olar.Hər böyük şəkildə olan tonsil xroniki tonzillit - şəkilində dəyərləndiriləməyəcəyi kimi,tonsillərin kiçik formada olmasınida normal olaraq dəyərləndirmək olmaz.

Xroniki Tonzillit -həm uşaqlarda,həm böyüklərdə rast gəlinən patalogiyadır. İnfeksiyaya A Grubu Beta Hemolitik Stereptokok (%30-40) vəya virüslar (%15-40) sebeb olur.

Xəstəlik daha çox 2 yaş üzəri uşaqlarda rast gəlinir.2 yaşdan əvvəl uşağa anaından keçən anticisimlər,böyüklərdə isə immun sisteminin formalaşması bu xəstəliyin rast gəlmə tezliyini azaldır.

Kəskin Tonzillit -Badamcıq iltihabının simptomları:

-boğaz ağrisi

-bədən temperaturasının yüksəlməsi

-tərləmə

-titrəmə

-baş ağrısı

-oynaq ağrıları

-boğazda qızarıqlıq

Xroniki Tonzillit -in simptomları:

-ağız qoxusu

-tez-tez rast gəlinən kəskin atakalar

-Boyun limfa düyünlərinin şişkinliyi

-oynaqlara ağrılar

Diaqnoz bütün bu şikayətlərə və oral baxışa əsasən qoyulur.

Etiketlər (0)

Şərh yoxdur