22 Avqust 2024
Burun çəpər əyriliyi əməliyyatıQadınlar üçün xoşbəxtliyin ən əsas amillərindən biri qüsursuz
gözəlliyə sahib olmaqdır. Müasir dövrdə üz, bədən quruluşunda bəyənilməyən amilləri dəyişdirmək heç də çətin deyil. Bunun üçün peşəkar estetik-plastik cərrah -a müraciət etmək lazımdır.
Peşəkar plastik cərrah Rinoplastika Farid Aliyev dediyinə görə son illərin ən çox müraciət edilən əməliyatı olan rinoplastika -dan danışıb:
- Burun həm sağlamlığımız, həm də üz görünüşümüz üçün önəmli olan orqanlardan biridir. Burnun estetik bir qüsurunun olması görünüşdə dəyişiklik yaradır. Müxtəlif səbəblərdən burnun görünüşündə yaranan qüsurların düzəldilərək, anatomik olaraq normal, insanın üz quruluşu ilə uyğunlaşan və yaraşan bir burun formasının cərrahi yolla düzəldilməsidir.
- Burun formasının müxtəlif olmasına bir çox amillər səbəb olur: birinci yerdə gendən gələn burun quruluşudur. Digər tərəfdən isə yıxılma, zədə, avtomobil qəzaları və buna bənzər digər amillər də burunda qeyri-normal görünüş yaranmasına gətirib çıxarır. Bəzən də bu səbəblərdən heç biri olmadan insan burun görünüşünü dəyişərək daha gözəl formaya salmaq istəyir.
- 16 yaşını tamamlayan bütün xəstələr burun əməliyyatı etdirə bilər. Amma xəstənin psixoloji vəziyyəti önəmlidir. 18 yaşı olub qorxan, özü qərar verməyən xəstələr olur. Üzün şəkli dəyişəcək, üzündəki estetik cizgiləri dəyişəcək, gülüşünə, baxışına təsir edəcək. Buna xəstənin psixoloji hazır olması mütləqdir. Burun əməliyyatı Plastik, Rekonstruktiv və Estetik Cərrahi mütəxəssizlər edir. Əməliyyat mütləq gigiyenik qaydalara cavab verən xəstəxanada, ya da əməliyyat şərtlərinə uyğun gələn bir ofisdə edilməlidir.
- Xəstə ilə danışır, onun bütün fikirlərini öyrənirik. Ondan sonra müayinə edilir, qan analizi verilir, ürək, qaraciyər yoxlanılır. Pasiyentin hansı xəstəlikləri keçirib-keçirməməsi soruşulur.
- Əməliyyat bir-iki saat davam edir. Xəstəxanada qalmaq vacib deyil. Amma əməliyyat bunu tələb edirsə, 1 gün qalmaq kifayətdir.
- Pasiyent əməliyyatdan əvvəl burnunun sonrakı görünüşünü kompüterdə görə bilərmi?
- Əslində, kompüter vasitəsilə xəstənin şəkli üzərində dəyişikliklər edilir. Amma bu uyğulama ticarət baxımından yaxşı olsa da tibbi tərəfdən heç də normal deyil. Bu, əməliyyatdan sonra xəstədə xəyal qırıqlığı, narazılıq və hüquqi problemlər ortaya çıxa bilər. Xəstəyə düzələcək burun formasını göstərdikdə o həmin quruluşu xəyal etməyə başlayacaq. Əməliyyatdan sonra çox gözəl burun alınsa belə xəstə şəkildəki formanı görməsə, xəyal qırıqlığı yaşayacaq. Ona görə də pasiyenti başa salmalısan ki, eyni bu cür olmayacaq.
- Əgər nəfəsalmada problem varsa, bunu estetik burun əməliyyatı zamanı etmək mümkündürmü?
- Burun görünüşündə əyrilik olanların əksəriyyətində nəfəs yollarında da problemlər olur. Plastik cərrahlar estetik xarakterli əməliyyat edərkən mütləq ona da fikir verməli və problem varsa, narahatlığa səbəb olan qığırdaq, sümük əyriliyini də aradan qaldırmalıdırlar.
- Əməliyyat haqqında qısa məlumat verin…
- Əməliyyat əsasən, narkoz vasitəsilə edilir. Burun deşikləri içərisinə nüfuz edərkən heç bir iz qalmır. (qapalı texnika) Əməliyyat kiçik formalı kəsiklə aparılarsa, çox çətin görünən iz qala bilər, amma bu, xəstəni narahat etmir. (açıq texnika) Hansı üsuldan istifadə edəcəyinə cərrah xəstə ilə danışaraq qərar verməlidir. Əməliyyatdan sonra burun deşiklərinə tamponlar yerləşdirilir. Burun üstünə isə formanı müəyyənləşdirən gips qoyulur. Gips 1 həftə burunda qalır. Tamponlar isə iki gündən sonra çıxardılır. Rinoplastikadan sonra insanların göz ətraflarında şişmə və göyərmə olur. Şiş və göyərmə bəzən çox az, bəzən də heç olmaya bilər. Bu isə bir müddətdən sonra keçib gedir. Burun əməliyyatı ağrılı olmur. Xəstə ağrıdan şikayət etmir.
- Əməliyyatdan sonra xəstə dərhal normal həyata qayıda, ehtiyaclarını özü edə bilər. İş həyatına isə bir həftədən sonra qayıtmaq mümkündür.
- Təcrübəli bir mütəxəssis tərəfindən edilərsə, heç bir risk olmaz. Amma yenə də bu bir əməliyyatdır, nəticədə qanaxma da, infeksiyaya yoluxma, burun şəklinin ürəkaçan olmaması da mümkündür. Buna görə də diqqətli olmaq vacibdir.
- Əməliyyat neçəyə başa gəlir?
- Qiymət əməliyyatı edən cərrahın, narkozun tipinə, əməliyyatın gerçəkləşdirildiyi xəstəxanaya görə dəyişir.
- Məsləhətiniz...
- Estetik formalı əməliyyat planlaşdıran biri əvvəlcə bununla bağlı məlumatlandırılmalıdır. Əməliyyata qərarı başqasını məmnun etmək üçün yox, özünüz istədiyinizə görə verin. Bu əməliyyat insanın üz görünüşündə böyük dəyişikliklər etməklə yanaşı, insanda özünəgüvən hissini də artırır. Burun estetikinə qərar verdikdən sonra həkiminizi seçin və onunla əməliyyat haqqında danışın. Sizi narahat edən bütün suallara aydınlıq gətirin. Həkiminiz sizi lazımı qədər məlumatlandırdısa və siz də razılaşdınızsa, heç şübhə etmədən əməliyyat etdirin.
- Başqa hansı plastik əməliyyatları edirsiniz?
- Silikon vasitəsiylə sinə böyütməsi, əyri ayaqların düzləşdirilməsi, artıq piylərin yox edilməsi - liposaksiya, kombinə əməliyyat, üz dərisinin dartılması və bunun kimi bir çox plastik əməliyyatları edirəm.
- Heç sizə müraciət edib, əməliyyatla xarici ulduzlara bənzəmək istəyən pasientlər olub?
- Hərdən olur. Hətta bu yaxınlarda bir xanım əməliyyatla Ancelina Coliyə bənzəmək istəyirdi. Əməliyyat edərək onun bu istəyini az da olsa yerinə yetirə bildik.