blog img
  • 228
  • 15 Avqust 2024

Rinoplastika (Burun Əməliyyatı) tarixi haqqinda

Rinoplastika (burun əməliyyatı) üzrə ilk əməliyyatlar hələ çox əsrlər əvvəl qədim Ərəbistanda Hindistanda İranda həyata keçirilmişdir. Burnun bərpa edilməsi texnikası özünün tarixi inkişafında 3 mərhələdən keçmişdir. 1-ci mərhələ təxminən b.e.ə.1000 il əvvəl Hindistanda başlamışdır. Cərrahlar bu mərhələdə rinoplastika (burun estetiki) üçün alın, yanaq, sağrıdan alınan toxuma parçalarından istifadə edirdilər. Rinoplastikanın (burun əməliyyatının) ikinci inkişaf mərhələsini 1450-ci ildən-1760-cı ilə qədər Avropada keçmişdir, bu zaman əl, yanaqlardan alınan dəri parçalarından istifadə edilmiş, eyni zamanda da alından parça alınması texnikası təkmilləşdirilmişdir. Rinoplastikanın (burun estetikinin) 3-cü inkişaf mərhələsini 1760-cı ildən başlanmışdır. Astar və dayaqla dəri parçalarından istifadə etməyə başlanmışdır, sümük dayağının yaradılması, burnun selikli qişasının bərpa edilməsi ilə bağlı məsələlərin öyrənilməsinə başlanmışdır. Rinoplastika (burun estetiki) məsələlərinə həsr edilmiş genişelmi ədəbiyyat meydan gəlmişdir.

Qədimdə Rinoplastika (Burun Estetik Əməliyyatı)

Rinoplastika (burun əməliyyatı) haqqında ilk xatırlatmalara qədim hind manuskripti Susrutas Ayur Veda-da rast gəlmək mümkündür. Ayurveda (“Həyat bilgisi”) qədim hind ədəbi abidəsidir. Onun əsasında Qədim Hindistan tibbi haqqında təsəvvür əldə etmək mümkündür. Ayurveda demək olar ki, toplanmış biliklərin elmi tədqiqatlara əsaslandığı ilk tibb əsərdir. Ancaq xəstəliyin gedişi ərzində müdaxiləyə və onların müalicəsində ilahi, fövqəltəbii qüvvələrin gücünə daha çox yer ayrılmış, dini ayinlər təsvir edilmişdir. Bu əsər bir çox onilliklər ərzində, tədricən yaradılmışdır. “Ayurveda” –nı qədim redaksiyası həkim Atreyə, daha sonrakı redaksiyası həkim Xarakeyə (Çarakeyə), daha çox qorunub saxlanılan redaksiyası isə Suşriteyə məxsusdur. “Suşrita-samxita” - cərrahiyyə haqqında traktatdır. Hindistanlı cərrahlar əməliyyatların keçirilməsi zamanı sterilliyə riayət edilməsində əhəmiyyətli uğurlara nail olmuş, cərrahi alətlərdən məharətlə istifadə etmişlər. Onlar döyüşlərdə və ya hakimin hökmünə əsasən itirilmiş və şikəst edilmiş burun, qulaqlar, dodaqların bərpa edilməsi texnikasını mənimsəmişdirlər. Rinoplastika (burun estetik əməliyyatı) zamanı yanaq dərisindən istifadə edərək burnu bərpa edirdilər. Sonralar transplantatı alın nahiyəsindən alırdılar. Bunun üçün alından qidalanan hissədən dəri parçası kəsirdilər. Parçada qan dövranı saxlanılırdı ki, bu da onun tez bir zamanda uyğunlaşmasına səbəb olurdu. Bu üsulun çatışmazlığı dərinin götürüldüyü yerdə çapığın qalması idi. Hindistanın cərrahları rinoplastika (burun əməliyyatı) texnikasını mənimsəmişdilər. Bu texnika get-gedə daha çox təkmilləşdirilmişdir. İngiltərəli alimlər C.Findey və T.Krusso 1494-cü ildə Bombeydə gördükləri rinoplastika (burun estetik) əməliyyatının təsvirini verirlər. İngiltərəli hərbi cərrah Lyukas rinoplastika (burun estetiki) əməliyyatını icra etməyi öyrənmiş və daha sonra hind texnologiyasını tətbiq edərək, xəstələr üzərində çox sayda əməliyyat aparmışdır.