bey3

 

Dr. Fərid Əliyev 1984 cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuşdur.
1991-ci ildə orta məktəbə daxil olmuşdur və 2001-ci ildə Kimya-Biologiya Təmaüllü liseyini bitirmişdir.
2001-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsinə yüksək balla daxil olmuşdur və 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir.
2007-2009-cu illər ərzində Ukrayna Respublikasınıın Kiyev şəhəri P.L.Şupik adına beynəlxalq tibb akedmiyasını kliniki ordinatura kursu keçmişdir.
2010-cu ildə Abşeron rayon mərkəzi xəstəxanasında Qulaq-Burun-Boğaz şöbəsinin müdiri təyin olunmuşdur. Bununla yanaşı Turan Klinikası, Vital klinikası, Azer Türk Med hospital, Baku Medical Plaza və Real hospital da fəaliyyət göstərmişdir. Hal-hazırda Real Hospital özəl klinikasında burun estetiki (rinoplastika) və lor-cərrah olaraq fəaliyyət göstərir.
2011-ci ilin 31 yanvar və 28 fevral tarixləri ərzində Türkiyə Cumhuriyyətinin Ankara şəhərinin Dış Kapı Yıldırım Beyazit adına eğitim və araşdırma hastanesində Qulaq-Burun-Boğaz şöbəsində təkmilləşmə kursu keçmişdir.
2015-ci ildə sentyabr ayında Türkiyə Cumhurriyyəti Amerikan Hastanesində məşhur Rinoplastik cərrah Barış Çakırın "Fellowship Programı" çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2016-cı ilin yanvar ayında yenidən Amerikan Hastanesində Süreyya Şeneldir-in Ri̇noplasti̇ka  (Burun Estetiki) təkmilləşmə programı çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2017-ci ilin 31 mart və 1 aprel tarixlərində Amerikan Hastanesində "Rinoplasty School"-un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.
2017-ci il 2 və 4 iyun tarixlərində "Rhinoplasty İstanbul Workshop" beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransından iştirak etmişdir.
2017-ci il sentyabr ayında Türkiyə Cumhurriyətinin İstanbul şəhəri Acibadem Hastanesində Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018-ci ildə yanvar ayında Türkiyə Cumhirriyətinin İstanbul şəhəri Acibadem Hastanesində ("Qapalı" və ya başqa adla "Karma") Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018 ci ilin mart ayında "Rinoplasty School" -un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.

Xidmətlərimiz

SEPTOPLASTIKA

BURUN ÇƏPƏRİNİN ƏYRİLİYİ – SEPTAL DEVİASİON

BURUN ÇƏPƏRİNİN ƏYRİLİYİ – SEPTAL DEVİASİON

ÇƏPƏR ƏYRİLİYİ

Burunun iç bölməsində meydana gələn əyrilik, bir çox insanda olduğu üçün əgər xəstəyə narahatlıq vermirsə müalicə aparmaq lazımsızdır. Ancaq xəstə vəziyyətdən şikayətçidirsə problem düzəldilməlidir və bunun da yeganə yolu əməliyyatdır.

İki tip burun formalaşdırma əməliyyatı var: Septoplastika və Rhinoplastika

Rhinoplastika; xəstənin burun şəkli və konturu dəyişdirmək üçün tətbiq olunan bir estetik cərrahiyyə əməliyyatıdır.

Septoplastika, burunun, funksiyasını yerinə yetirməsinin maneə törədən problemləri düzəltmək üçün tətbiq edilir. Əməliyyat, sümük quruluşunun təkmilləşməsi ilə yanaşı kişilərdə 17-18, qadınlarda isə 15-16 yaşından sonra tətbiq olunur. Ancaq bəzi xüsusi vəziyyətlərdə daha erkən yaşlarda da müdaxilə edilə bilər.

Təxminən 20-40 dəqiqə davam edən əməliyyatda qığırdaq və sümük forması qüsurları düzəldilir. Düzəldilməyəcək hissələr isə çıxarılır, əgər çöldə düzəltmək olarsa təkrar burunda olduğu bölgəyə yerləşdirilir. Əməliyyat, həm fiziki, həm də psixoloji cəhətdən rahatlığın təmin olunması üçün ümumi anesteziya tətbiq edilir. Əməliyyatdan sonra iz qalmaz.

Septoplastika; Estetik burun cərrahiyyəsi (rinoplastika) və sinusit əməliyyatı ilə birlikdə keçirilə bilər. Əməliyyat sonunda xəstənin burnuna 48 saat ərzində qalacaq tamponlar qoyulur. Bu tamponla çıxarıldıqdan sonra xəstə gündəlik həyatına qayıdır.

ÇƏPƏR ƏYRİLİYİNİN ƏLAMƏTLƏRİ VƏ YARATDIĞI ŞİKAYƏTLƏR NƏLƏRDİR?

Çəpər əyriliyi aşağıdakı şikayətlərə səbəb olur:

Ən çox rastlanan əlamət burun tıxanıqlığıdır.Nəfəs tıxanıqlığı gecələr daha çox hiss edilə bilər.
Xoruldama, tez yorulma, baş ağrısı, gəniz axıntısı, öskürək kimi şikayətlərlə xəstəni narahat edə bilər və xəstənin rahat nəfəs almasına mane olur.
Gecələri ağızdan nəfəs alma səbəbi ilə tənəffüs havasının rütubəti və temperaturu tənzimlənə bilməz və boğaz iltihabının ortaya çıxmasını asanlaşdırır.
Nəfəs ala bilməmək, boşluqların normal işləməsinə mane sinusitə; Yaratdığı gəniz axıntısı ilə də larengit və bronxitə yol aça bilər.

Burundan kifayət qədər nəfəs almamaq, xüsusən irəli yaşlarda oksigen alınmasını azaltdığı üçün ağciyər və ürək xəstəliklərinin yaranmasına, yaxud mövcud xəstəliyin sağalmasının çətinləşməsinə səbəb ola bilər.

ÇƏPƏR ƏYRİLİYİ DİAQNOZU NECƏ QOYULUR?

Çəpər əyriliyi diaqnozu ,müayinədə əvvəlcə əlamətlərin nələr olduğunu müəyyənləşdiriləcək, sonra isə daha əvvəl burnunuza ziyan verəcək bir travma alıb almadığınız və ya bir burun əməliyyatı keçirib etmədiyiniz soruşulacaq.Daha sonra əyriliyin dərəcəsini ölçmək üçün həkiminiz tərəfindən burun müayinəsi aparılacaqdır. Daha ətraflı araşdırma üçün endoskopik müayinə və kompüterli tomoqrafiya tələb oluna bilər.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq lor və estetik cərrah Dr. Fərid Əliyevə məxsusdur. Müalicə və proflaktika tədbirləri həkimdən məsləhətsiz aparılmamalıdır. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.rinoplastik.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC