bey3

 

Dr. Fərid Əliyev 1984 cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuşdur.
1991-ci ildə orta məktəbə daxil olmuşdur və 2001-ci ildə Kimya-Biologiya Təmaüllü liseyini bitirmişdir.
2001-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsinə yüksək balla daxil olmuşdur və 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir.
2007-2009-cu illər ərzində Ukrayna Respublikasınıın Kiyev şəhəri P.L.Şupik adına beynəlxalq tibb akedmiyasını kliniki ordinatura kursu keçmişdir.
2010-cu ildə Abşeron rayon mərkəzi xəstəxanasında Qulaq-Burun-Boğaz şöbəsinin müdiri təyin olunmuşdur. Bununla yanaşı Turan Klinikası, Vital klinikası, Azer Türk Med hospital, Baku Medical Plaza və Real hospital da fəaliyyət göstərmişdir. Hal-hazırda Real Hospital özəl klinikasında burun estetiki (rinoplastika) və lor-cərrah olaraq fəaliyyət göstərir.
2011-ci ilin 31 yanvar və 28 fevral tarixləri ərzində Türkiyə Cumhuriyyətinin Ankara şəhərinin Dış Kapı Yıldırım Beyazit adına eğitim və araşdırma hastanesində Qulaq-Burun-Boğaz şöbəsində təkmilləşmə kursu keçmişdir.
2015-ci ildə sentyabr ayında Türkiyə Cumhurriyyəti Amerikan Hastanesində məşhur Rinoplastik cərrah Barış Çakırın "Fellowship Programı" çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2016-cı ilin yanvar ayında yenidən Amerikan Hastanesində Süreyya Şeneldir-in Ri̇noplasti̇ka  (Burun Estetiki) təkmilləşmə programı çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2017-ci ilin 31 mart və 1 aprel tarixlərində Amerikan Hastanesində "Rinoplasty School"-un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.
2017-ci il 2 və 4 iyun tarixlərində "Rhinoplasty İstanbul Workshop" beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransından iştirak etmişdir.
2017-ci il sentyabr ayında Türkiyə Cumhurriyətinin İstanbul şəhəri Acibadem Hastanesində Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018-ci ildə yanvar ayında Türkiyə Cumhirriyətinin İstanbul şəhəri Acibadem Hastanesində ("Qapalı" və ya başqa adla "Karma") Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018 ci ilin mart ayında "Rinoplasty School" -un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.

Xidmətlərimiz

Azərbaycanda LOR əməliyyatlar ( Azerbaycanda LOR cerrahiyye )

BURUN POLİPİ

Burun polipləri – şişvarı törəmələr xroniki allergik-iltihabi proseslər şəraitində əmələ gəlir. Poliplər üç ölçüdə kiçik, orta və böyük ölçülərdə olur.

Burunda poliplər niyə əmələ gəlir və onları necə müalicə etməli? bu və digər suallara Dr Fərid Əliyev ( Dr Farid Aliyev ) aydınlıq gətirir.

“Payız aylarında yuxarı nəfəs yolları xəstəliklərinə daha çox rast gəlinir. LOR-orqanların bu xəstəliklərinə kəskin respiratorlu virus yoluxmaları, allergiyalı rinit, qaymorit, burun və burunətrafı cib polipləri, xarici və orta otitlər, lakunar, follikulyar anginalar və s. aid edilir.  Burun polipi olan xəstələr adətən burunla nəfəs almağın qismən və ya tamamilə çətinləşməsindən, iybilmə qabiliyyətinin itməsi problemi yaşayırlar. Simptomlar özünü dərhal göstərmir. Hər şey yüngül burun tutulmasından, burunla nəfəs almağın çətinləşməsindən başlayır. İlkin mərhələdə bu simptomlar gah əmələ gəlir, gah da itir. Vaxt getdikcə xəstəliyin əlamətləri kəskinləşir, burunla nəfəs alma -da daha da pisləşir. Bu, burun polipin ölçüsünün böyüməsi ilə bağlıdır. Xəstələr burun damarlarını daraldan damcılardan istifadə edirlər, lakin bu damcıların təsiri uzunmüddətli deyil, onlar burun tutulmalarını yalnız müvəqqəti  olaraq aradan qaldırır”

-Poliplərin əmələgəlmə səbəbləri nələrdir və bu diaqnoz nəyə əsasən təyin edilir?

-Poliplərin əmələgəlmə səbəbləri , burun ciblərinin əlavə törəmələrinin iltihabı olan, allergiyalı rinit, bronxial astma, burundaxili patologiyalarla, o cümlədən burunun çəpər əyriliyi, burun balıqqulağının hipertrofiyası və s. müşayiət olunan pasiyentlərdə daha çox rast gəlinir. Bundan əlavə, burunla nəfəsalma pozulduğundan müxtəlif viruslu və bakteriyalı yoluxmalar tez-tez baş verən soyuqdəymələr vasitəsilə xəstəliyə əlavə olunur. Həmçinin xorultunun əmələ gəlməsini qeyd etmək olar. Burun poliplərinin diaqnozu burun boşluğunun endoskopik tədqiqatı və burunətrafı ciblərin kompüter tomoqrafiyası vasitəsilə təyin edilir. Burunun endoskopiyası zamanı həkim ekranda polipoz toxumanı görür, tomoqrafiyada isə polipin lokallaşma və yayılma sahəsi dəqiqləşdirilir. Planlaşdırılan cərrahi müdaxilənin həcmi bu diaqnozdan asılıdır. Burunda kiçik poliplər aşkarlandıqda konservativ, yəni dərmanların köməyi ilə müalicə aparırıq, poliplər orta və böyük ölçüdə olduqda cərrahi müdaxilə olunur. Burun polipinin daha müasir və az travmatik üsulla kəsilib götürülməsi endoskopik şeyver texnologiyası ilə (FESS – functional endoscopic sinus surgery) həyata keçirilir. Bu texnologiya vasitəsilə poliplər burunun içindən və burun boşluğundan kəsilir, selikli qişaya zərər vermədən və zahirdə heç bir kəsmə olmadan yerinə yetirilir.

-Polipi olan xəstə ilə əməliyyat necə edilir?

-Əməliyyat ümumi narkoz altında aparılır, əməliyyatdan sonra xəstə heç bir ağrı hiss etmir. Endoskop burundaxili strukturları böyüdülmüş şəkildə daha yaxşı görməyə kömək edir, şeyver (mikrodebrider) polipoz hüceyrəni “yeyir”, qanaxma və poliplərin təkrar böyüməsi ehtimalını azaldır. Əməliyyatdan sonra əvvəlki illərdə olduğu kimi burundaxili tamponlardan istifadə edilmir, yəni xəstə əməliyyatdan dərhal sonra burunla sərbəst nəfəs ala bilir. Xəstə əməliyyat olunduğu gün və ya səhəri gün evə buraxılır. 2-3 gündən sonra onun işə başlamasına icazə verilə bilər. Burunda polipin təkrar əmələ gəlməsinin qarşısını almaq üçün xəstəyə dərman – intranazal topik steroidlər təyin edirik. Burun polipi olan xəstələrin bəziləri aspirinli triadadan - bronxial astmadan, analginə və aspirinə qarşı allergiyadan əziyyət çəkirlər. Belə xəstələrdə poliplərin təkrar böyüməsi ehtimalı astması və bu dərmanlara allergiyası olmayan xəstələrə nisbətdə yüksəkdir. LOR -həkim, alerqoloq və pulmonoloqdan bu cür xəstələrə ayrıca diqqət göstərmələri tələb olunur. Praktikada burun boşluğunda və burun cibləri boşluğunda çox iri poliplərə rast gəlmək mümkündür. Buna səbəb xəstələrimizin həkimə çox gec müraciət etməsidir. Yuxarıda sadaladığımız simptomlar olduqda diaqnozun dəqiqləşdirilməsi üçün həkimə müraciət etməyi məsləhətdir.

 

 

 

 

 

#burunpolipi #polip #bakidalorcerrah #enyaxsilorcerrah #bakidalorhekimi #azerbaycandalorhekim

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq lor və estetik cərrah Dr. Fərid Əliyevə məxsusdur. Müalicə və proflaktika tədbirləri həkimdən məsləhətsiz aparılmamalıdır. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.rinoplastik.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC