Azərbaycanda burun emelliyati:
Havalar istiləşdikcə insanlar qışın təsirindən çıxmağa başlayır. Xüsusən uşaqlar soyuq su və yay qidası kimi məşhur olan dondurmalar üçün yayın gəlişinə çox sevinirlər. Bu sevinc uzun çəkmir. Hələ də havaların isti, yaxud soyuq olmasını dəqiqləşdirmək mümkün olmur məhz belə havalar uşaqlar üçün gizli təhlükədir.
Vitrinləri bəzəyən dondurmalar uşaqlar üçün ani sevinc gətirsə də, arxasında boğaz şişi, angina, düşməyən temperatur və bu kimi əzab verən narahatlıqlar yaradır. Narahatlıqlardan yaxa qurtarmaq yolu isə şişən boğaz ətlərindən qurtuluşdur. Bəzən narahat boğaz ətinin qurbanı normal burun ətləri də olur və valideynlər bir əməliyyatla burun və boğaz ətlərindənm qurtulmaq istəyir.
LOR həkim Fərid Əliyev burun və boğaz ətlərinin əməliyyatının Azərbaycanda ən geniş yayılmış əməliyyat olduğunu bildirir. Onun sözlərinə görə, valideynlər bir daşla iki quş vurmaq məsəlinə uyğun olaraq boğaz və burun ətlərinin ikisini birdən kəsdirir. Bundan sonra əsla boğazın ağrımayacağını düşünən valideynlər isə səhv edirlər. Boğaz əti kəsdirilən zaman bəzən sağlam olan burun əti də kəsilir, halbuki sağlam hissəyə müdaxilə etməyə ehtiyac yoxdur: "Burun əti burun boşluğunun arxası ilə yumşaq damaq, yəni boğazın üst hissəsində yerləşir. Normalda burun əti uşaq 14 yaşına çatanadək normal ölçülərinə gəlir. Kiçilir, bəzən isə yox olur. Böyüklərdə demək olar ki, nadir hallarda aşkar olunur. Valideynlər 14 yaşa qədər gözləmək əvəzinə tibbi müdaxiləyə üstünlük verir. Burun ətinin böyüməsi infeksion xəstəliklərin nəticəsi olaraq yaranır. Bəzən infeksion xəstəlik keçirməyən insanlarda da burun ətinin böyüklüyü halları ola bilir. Çox böyük olduğu halda burunun arxa divarını örtür və insan nəfəs alıb-verməkdə çətinlik çəkir".
Uşaqlarda buna görə, burun tutulmaları, xoruldama, yaxud boğulma kimi hallarla rastlasir. Çox böyük olduğu zaman burunla əlaqəli olaraq qulaqla bağlı problemlər də yarana bilir. Burun əti böyüdüyü zaman valideynlər uşaqlarının ağızları açıq şəkildə yatmalarını tez-tez görə bilərlər. Boğaz qurumaları, eşitmədə çətinlik olduğu zaman bu, artıq burun ətinin normadan böyük olduğu mənasına gəlir. Daim ağzı açıq gəzən, ağızla nəfəs alan uşaqlarda yumşaq və sərt damaq zəif inkişaf edir. Normal inkişaf üçün insanın dili damağı ilə təmasda olmalıdır. Ağızla nəfəs alındığı zaman bu təmasda da problem yaşanır və damaq inkişafdan qalır. İnkişafdan qaldıqda isə damaqda deformasiya olur və dişlər də normal bitmir. Uşaqda fərqli üz quruluşu yaranır.
Fərid Əliyevin dediyinə görə, əgər burun əti normadan böyükdürsə əməliyyat olunmalıdır. 3 yaşdan aşağı olan uşaqlarda burun əməliyyatı mümkün qədər edilmir. O halda uşaqlar 3 yaşdan aşağı əməliyyat edilir ki, burun əti nəfəs almada kəskin problemlər yaradır: "Bu vaxt anestezioloqla məsləhətləşərək 3 yaş altında da əməliyyat olunur. Normalda 14 yaşdan sonra bu ətlər əriyib kiçildiyi üçün bu yaşdan yuxarı uşaqlarda əməliyyatlar nadir hallarda məsləhət görülür. Amma bizdə kəsilən boğaz əti qədər burun ətləri də var. Artıq ətdır deyib əməliyyat etdirilməsini istəyən valideynlər də az deyil. Yəni 14 yaşdan yuxarı əməliyyat qətiyyən olunmur demirəm".
Burun ətində əməliyyat mütləq deyil. Əvvəlcə müəyyən etmək lazımdır ki, burun əti niyə şişir: "Ola bilər ki, insanın nəyəsə allergiyası var və bu da ətin şişməsinə səbəb olar. Buna görə müayinə vacibdir. Müayinə zamanı burun ətinin şişməsinə səbəb olan bir detal varsa, ona diqqət yönəldilir və o problem aradan qaldırılır. Burun əti orta qulağın fəaliyyətinə mane olduqda, üzün normal inkişafına əngəl olan və zamanla üzdə əyilmələr yaradan ağızla nəfəs alma halları daimi olduqda əməliyyat edilir".
Burun əti əməliyyatı elə də çətin bir əməliyyat deyil. Müsahibim qeyd edir ki, hər əməliyyatda olduğu kimi bu əməliyyatda da risklər mövcuddur. Burun əməliyyatının riski qanamadır: "Böyüklərdən fərqli olaraq uşaqlarda əməliyyat yaralarında qanama olduğu zaman onlar bunu valideynlərinə demirlər, yaxud normal qəbul edirlər. Buna görə də əməliyyatdan sonrakı ilk gün uşaq nəzarət altında qalsa daha yaxşı olar. Əməliyyatın qorxusu qanama, yaxud başqa hallar deyil, önəmli olan əməliyyatı savadlı həkimin etməsidir. Yaxşı keçən əməliyyat sonrası uşaqlar sərt və isti qidalardan uzaq durmalı, sulu və soyuq qidalara üstünlük verməlidir. Əməliyyat sonrası infeksiyalara qarşı antibiotik və ağrı kəsən həblər istifadə oluna bilər".
Bəzən əməliyyat zamanı valideynlər burun əti ilə yanaşı boğaz ətini də kəsdirilir. Problemli olmayan və narahat etməyən bölgəyə bıçaq vurdurmaq düzgün deyil. Əgər hər boğaz və burun əti ikisi birlikdə kəsilsə bu, uşaqların bir az daha rahatlamasına, daha rahat nəfəs almasına təsir edə bilər. Amma boğaz ətinin kəsilməsi "uşağın heç vaxt boğazı ağrımayacaq" mənasına gəlməz. Valideynlər bunu bilmədikləri üçün boğaz və burun ətinin birinin narahat etməsinə baxmayaraq ikisini birdən kəsdirirlər.

 

 

 

 

 

 

#burunemeliyyati #burunemeliyyatiqiymeti #bakidaburunemeliyyati

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq lor və estetik cərrah Dr. Fərid Əliyevə məxsusdur. Müalicə və proflaktika tədbirləri həkimdən məsləhətsiz aparılmamalıdır. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.rinoplastik.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC