Estetik burun emeliyyati

Estetik burun əməliyyatı hansı hallarda olunur?

Burun ucları daha böyük, burun kürəyində çıxıntı olan hallarda estetik burun əməliyyatı lazım ola bilər.Bəzən də insanların burunları çox yuxarıdan başlaya bilər, bu da burunda gözəl görünüş yaratmır, xüsusilə xanımlar bu problemdən daha çox əziyyət çəkirlər.
Əsasən,burunlar çox geniş ola bilir, əyriliklər,keçirilmiş əməliyyatdan məmnun qalmayanlar da buraya daxildir.
Bu əməliyyat çətin bir əməliyyatdır, diqqətli və problemləri olan bir əməliyyatdır.Burun quruluşu etibarı ile qarışıq bir orqandır, içərisində qığırdaqlar,sümüklər, böyük boşluqlar var.Bir tərəfdən də nəfəs alma kimi çox əhəmiyyətli bir funksiyası var.Bununla bərabər, estetik olaraq bədənin ən əhəmiyyətli yerində qərar tutar. Ona görə də,edilən kiçik bir səhv dərhal gözə dəyir.Amma yaxşı əməliyyat edildiyində,çox təbii və müsbət nəticələr alınır.
Ona görə də cərrahınızı diqqətlə seçməyiniz lazımdır.

 

Burun estetik əməliyyatı mütləq ümumi narkoz altında edilməsi lazım olan bir əməliyyatdır. Əgər lokal narkoz altında bu əməliyyatı keçirsəniz, bu həyatınız boyunca unuda bilməyəcəyiniz pis bir xatirə olaraq qalacaq. Əməliyyat zamanı mütləq yatmanız lazımdır, burunla əlaqədar ən kiçik əməliyyatda belə mütləq özünüzü yatırtdırın.

 

 

Ən çox soruşulan suallardan biridə bu olur: "Sümüklərimi qıracaqsınızmı?" Burun sümüyü qol sümüyü kimi qalın deyil,nazik kardona bənzəyir.Onu qırmaq yox,şəkil vermək lazımdır.Sümüyün üzlə birləşdiyi hissədə xüsusi cərrahi çəkiclərlə artıq sümüklər kəsilir. 
Bu alətlərlə burunun müəyyən yerləri nazildilərək ,müəyyən yerlərinə şəkillər verilər. Bu əməliyyat çox incə bir əməliyyatdır.Qətiliklə gözünüzün önünə qorxunc bir əməliyyat görünüşü gəlməsin. 
İstifadə edilən ümumi variantları yekunlaşdırmaq lazım olsa, bu variantlar ikiyə ayrılır: bunlardan biri bağlı,bir başqası da açıq burun əməliyyatlarıdır.Hansının doğru variant olduğu çox mübahisə edilən mövzudur.Bir qrup cərrah açıq burun əməliyyatı edərlər,başqa qrup isə yalnız bağlı burun əməliyyatına üstünlük verərlər.

Əməliyyatdan öncə və sonra şəkil çəkmə 

 

Əməliyyatdan əvvəl xəstənin fotoşəkillərini çəkilir.Bu fotoşəkilləri müəyyən standartlarda çəkmək lazımdır. Hər həkimin özünə xas fotoşəkil çəkmə texnikası vardır, amma təməl fotoşəkil tam yandan çəkilən fotoşəkildir. Bu xəstənin burun quruluşunu ən yaxşı göstərən burun fotoşəkilidir.
Şəkillər tam yandan çəkilir,öndən çəkilir, başqa fərqli bucaqlarla çəkilir . Ondan sonra çəkilən bu fotoşəkil kompüter ekranına qoyulur və xəstənin istədiyi burun şəklinə gətirilir. Burada istifadə edilən bu proqram plastik cərrahlar üçün hazırlanmış proqramdır. 
Əməliyyat əvvəli xəstə qiymətləndirilərməsi çox əhəmiyyətlidir,bu,xəstə ilə birgə edilsə lap yaxşı olar. .
Çox sıx soruşulan suallardan biri də "kompüter mühitində hazırlanan burun nə qədər gerçəyə yaxın olacaq?" sualıdır.Səmimi söylənilərsə, proqramla düzəldilən burunla,əməliyyatdan sonrakı burun tam üst-üstə düşərsə,bu təsadüfdür.Ələbttə ki,ola bilməz.Amma çox oxşar burunlar alınır.Əməliyyat olunan burunda mütləq nəsə bir kiçik səhvlər ola bilər.Çünki,Şbu burundur,sümük-ətdir,dəmir deyil.
Estetik burun əməliyyatlarından yaxşı bir nəticə alına bilməsi yaxşı cərrah seçkisinə bağlıdır.

Burun əməliyyatıdakı çətinliklər

 

Əhəmiyyətli olan faktorlardan biri də, qalın dərili xəstələrdə tətbiq olunan üsulların bir az daha fərqli olmasıdır.Dərinin qalın olması anatomiyanı çox dəyişdirir və nəticədə burunda olunacaq dəyişiklərə maneə törədir.Amma burada da əməliyyat yaxşı edilsə çox gözəl nəticələr alına bilər.
Qalın bir dəri incə dəri arasında çox böyük fərqlər var. İdeal olan dəri əməliyyat baxımından baxıldığında dərinin nə çox qalın,nə də çox incə olmasıdır.Çox incə dərililərdə isə içəridə edilən çox minimal səhvlər çöldən görünür. Bu mövzuda bir az daha vasvası olmaq lazım gəlir,ümumiyyətlə, dərini daha da qalınlaşması üçün bir sıra tədbirlər görmək lazımdır.Orta qalınlıqdakı dərilərdə nəticələr daha asan alınır, səhvlər çox gözəl konsentrasiya olunur və yaradılan şəklin ortaya çıxması daha sürətli olur.
Bunların başqa, dərinin yağlı və quru olmasının bir problem yaratmır.Amma burnundan zərbə almış, qırılmış insanlarda işlər bir az daha çətinləşə bilir,çünki nə olduğunu tam olaraq bilmirsiniz. Burnu açdığınızda içəridə müəyyən qırıq xəttləri ilə qarşılaşa bilirsiniz.

 
Uğursuz burun əməliyyatı 
Müvəffəqiyyətsiz keçirilmiş bir burun əməliyyatını anlamaq üçün plasitk cərrah olmağa ehtiyac yoxdur. Sıravi bir vətəndaş da, yolda yanından keçən, avtobusda yanına oturan bir insan da pis edilmiş burun əməliyyatlarını görə bilər. Bu şəkildə bir əməliyyat nəticəsi olan xəstələri təkrar əməliyyat etmək lazımdır. 
Bir insanın ilk baxışda burun əməliyyatı keçirdiyi müəyyən olursa,deməli o insan uğurlu əməliyyat keçirməyib.Hər nə olursa olsun, gözəl, ya da çirkin, qətiliklə əməliyyat keçirdiyinizin müəyyən olmaması lazımdır.

Bəzi insanların burunlarında quruluş etibarı ilə, ya da doğum vaxtı aldığı zədələri var. Bu problemləri həll etdiyiniz və burna təbii bir görünüş verdiyiniz zaman bu əməliyyat son dərəcə müvəffəqiyyətli olmuş bir burun əməliyyatıdır.Başqa vəziyyətlər də var ki,burnun aşkar bir şəkildə əyri olması, hər kəsin " burnun necə də əyridir" deməsi təbii ki bir müvəffəqiyyətsizlik meyarı ola bilər. Bunu düzəltmək həqiqətdən də lazımdır.
Burun estetik əməliyyatlarda məqsəd mükəmməl bir burun meydana gətirmək deyil, daha yaxşı və daha düz bir burun şəklini yaratmaqdır. Burnu mükəmməl etməyə çalışdıqca, əməliyyat əsnasında da, sonrasında da,edilən işi daha da pisə aparar və nəticədə qaş düzəldən yerdə vurub göz çıxarmaq olar.Hər burnun, əməliyyat keçirilmiş və keçirilməmiş- bir yerində mütləq qüsur taparsınız. Burada əhəmiyyətli olan əsl məqsəd təbii və funksionallığı olan bir burun əldə etməkdir, onu da günümüzün texnikaları ilə rahatlıqla əldə etmək olar.

 
 

Əməliyyat qabağı nə etməlisiniz?
Əməliyyat qabağı gecədən 8 saatlıq bir aclıq lazımdır və səhər aç qarına xəstəxanaya gəlirsiniz. Sizə daha əvvəl hara və neçədə gələcəyiniz əlinizə yazılıb verilir.
Daha sonra sizi bir otağa çıxarırlar,paltarınızı geydirirlər və estetik cərrahınızla son bir danışma şansınız olur. Bu da çox əhəmiyyətlidir.Daha sonra sizə bir dərman verilir və siz yarı yuxulu bir şəkildə əməliyyata girirsiniz.
Əməliyyatlar 1 saatdan 2 saata qədər çəkir.

 

Əməliyyat sonrası nələr olur? 

Xəstə əməliyyatdan çıxdığında burnunun üzərində bir yapışqan və onunda üzərində bir gips olur. Əgər novlu silikon tampon istifadə olunubsa, dərhal nəfəs ala bilirlər. Az hallarda bənövşəyi rəng belə əməliyyatlarda olur Bu qaçınılmaz bir şeydir, xüsusilə sümüklərlə oynadıqda mütləq göz içlərində bənövşəyilik olur. Bənövşəyiliyin şiddəti həm əməliyyata, həm keyləşdirməyə, həm də xəstənin anatomiyasına bağlıdır.Bəzi insanların orqanizmi göyərməyə və şişməyə meylli ola bilir. Əməliyyatdan çıxdıqdan sonra ümumi ümumi keyləşdirmənin verdiyi narahatlıq, yüngül bulanma kimi vəziyyətləri 1 saatdan sonra itir. Çox ciddi bir ağrı olmaz, amma mütləq bir az da olsa baş ağrısı olmalıdır. Xəstələrə buz tətbiqi olunur, xəstəxanada yatmaq şərt deyil, amma ümumiyyətlə, xəstələrimə yatmalarını yaxşı olar. Bu şəkildə əməliyyat sonrası baxım üçün kömək almaq məcburiyyətində qalmırlar. Sabahısı gün xəstələr ümumiyyətlə, normal həyatlarına geri dönə bilirlər. Səhər qalxdığınızda bir nahar, ya da əgər canınız istəyirsə çölə çıxa bilərsiniz,gipsin üzərinə bir eynək taxa bilərsiniz, işə mütləq getməyim lazımdır deyirsinizsə, gedə bilərsiniz-bunda da bir qorxu yoxdur.

Siqaret çəkirsinizsə əməliyyatdan əvvəl də, sonra da, istifadə etmək lazım deyil.7 gündən sonra burun üzərində olan gips çıxarılır. Onu da çıxardıqdan sonra xəstə normal həyatına geri dönür. Bilinməsi lazım olan ən əhəmiyyətli şey budur ki, xəstənin burnu şişir, burnun əsl şəklinin ortaya çıxması isə təxmini olaraq 6 ay çəkir.Bu müddət ərzində xəstənin səbirlə gözləməsi lazımdır. İlk 2-3 həftə burunda həqiqətən çox böyük şişkinlik olur.

 

Buruna qoyulan tampon
Ediləcək olan estetik burun əməliyyatlarından sonra buruna tampon qoymaq şərt deyil, ancaq qoyulsa da heç bir problem olmaz.Xüsusilə, burunda çox ciddi bir əyrilik varsa, burun içərisində bir sıra əməliyyatlar keçirilibsə, nəfəs almağı maneə törədən sümüklər,çıxıntılar,hətta çox aşkar əyriliklər varsa,o zaman bir tampon qoyula bilər. Əslində bir çox insanın nəfəs yolları son dərəcə düzgündür və heç bir əməliyyat edilməsinə gərək olmur.
Burun əməliyyatlarında mümkün olduqca az dəyişiklik etmək ən doğru və ən fundamental şeydir.Bu zaman lazım olmadığından tampon qoymağa ümumiyyətlə çox səbəb olmur.Tampon qoyulan xəstələr əməliyyatdan çox rahat nəfəs alaraq çıxa bilir, çünki içərisində özündən dəliyi və ya kanalı olan silikon və ya süngər tamponlar istifadə olunur.
İndiki dövrdə istifadə olunan tamponlar çox keyfiyyətli tamponlardır,bunlar kiçikdirlər və içəriyə qoyulduğunda şişirlər, amma heç bir yerə ciddi bir ağrı vermirlər.Belə tamponları çıxarmaq da çox asan olur.

 


Estetik burun emeliyyati haqqında hersey:
- Rinoplastika nədir?
Burun sağlamlığımız, üz görünüşümüz üçün önəmli olan orqanlardan biridir. Burnun estetik bir qüsurunun olması görünüşdə dəyişiklik yaradır. Müxtəlif səbəblərdən burnun görünüşündə yaranan qüsurların düzəldilərək, anatomik olaraq normal, insanın üz quruluşu ilə uyğunlaşan və yaraşan bir burun formasının cərrahi yolla düzəldilməsidir.
- Burunda forma dəyişikliyinin səbəbləri nədir?
- Burun formasının müxtəlif olmasına bir çox amillər səbəb olur: birinci yerdə gendən gələn burun quruluşudur. Digər tərəfdən isə yıxılma, zədə, avtomobil qəzaları və buna bənzər digər amillər də burunda qeyri-normal görünüş yaranmasına gətirib çıxarır. Bəzən də bu səbəblərdən heç biri olmadan insan burun görünüşünü dəyişərək daha gözəl formaya salmaq istəyir.
- Estetik burun əməliyyatını kim və harada etməlidir?
16 yaşını tamamlayan bütün xəstələr burun əməliyyatı etdirə bilər. Amma xəstənin psixoloji vəziyyəti önəmlidir. 18 yaşı olub qorxan, özü qərar verməyən xəstələr olur. Üzün şəkli dəyişəcək, üzündəki estetik cizgiləri dəyişəcək, gülüşünə, baxışına təsir edəcək. Buna xəstənin psixoloji hazır olması mütləqdir. Bu əməliyyatı Plastik, Rekonstruktiv və Estetik Cərrahi mütəxəssizlər edir. Əməliyyat mütləq gigiyenik qaydalara cavab verən xəstəxanada, ya da əməliyyat şərtlərinə uyğun gələn bir ofisdə edilməlidir.
- Əməliyyatdan əvvəl nələr edilməlidir?
- Xəstə ilə danışır, onun bütün fikirlərini öyrənirik. Ondan sonra müayinə edilir, qan analizi verilir, ürək, qaraciyər yoxlanılır. Pasiyentin hansı xəstəlikləri keçirib-keçirməməsi soruşulur.
- Əməliyyat nə qədər vaxt aparır və xəstəxanada qalmaq vacibdirmi?
- Əməliyyat bir-iki saat davam edir. Xəstəxanada qalmaq vacib deyil. Amma əməliyyat bunu tələb edirsə, 1 gün qalmaq kifayətdir.
Pasiyent əməliyyatdan əvvəl burnunun sonrakı görünüşünü kompüterdə görə bilərmi?
Əslində, kompüter vasitəsilə xəstənin şəkli üzərində dəyişikliklər edilir. Amma bu uyğulama ticarət baxımından yaxşı olsa da tibbi tərəfdən heç də normal deyil. Bu, əməliyyatdan sonra xəstədə xəyal qırıqlığı, narazılıq və hüquqi problemlər ortaya çıxa bilər. Xəstəyə düzələcək burun formasını göstərdikdə o həmin quruluşu xəyal etməyə başlayacaq. Əməliyyatdan sonra çox gözəl burun alınsa belə xəstə şəkildəki formanı görməsə, xəyal qırıqlığı yaşayacaq. Ona görə də pasiyenti başa salmalısan ki, eyni bu cür olmayacaq.
Əgər nəfəsalmada problem varsa, bunu estetik burun əməliyyatı zamanı etmək mümkündürmü?
Burun görünüşündə əyrilik olanların əksəriyyətində nəfəs yollarında da problemlər olur. Plastik cərrahlar estetik xarakterli əməliyyat edərkən mütləq ona da fikir verməli və problem varsa, narahatlığa səbəb olan qığırdaq, sümük əyriliyini də aradan qaldırmalıdırlar.
Əməliyyat haqqında qısa məlumat
Əməliyyat əsasən, narkoz vasitəsilə edilir. Burun deşikləri içərisinə nüfuz edərkən heç bir iz qalmır. (qapalı texnika) Əməliyyat kiçik formalı kəsiklə aparılarsa, çox çətin görünən iz qala bilər, amma bu, xəstəni narahat etmir. (açıq texnika) Hansı üsuldan istifadə edəcəyinə cərrah xəstə ilə danışaraq qərar verməlidir. Əməliyyatdan sonra burun deşiklərinə tamponlar yerləşdirilir. Burun üstünə isə formanı müəyyənləşdirən gips qoyulur. Gips 1 həftə burunda qalır. Tamponlar isə iki gündən sonra çıxardılır. Rinoplastikadan sonra insanların göz ətraflarında şişmə və göyərmə olur. Şiş və göyərmə bəzən çox az, bəzən də heç olmaya bilər. Bu isə bir müddətdən sonra keçib gedir. Burun əməliyyatı ağrılı olmur. Xəstə ağrıdan şikayət etmir.
Xəstə nə vaxt normal həyata qayıda bilər?
Əməliyyatdan sonra xəstə dərhal normal həyata qayıda, ehtiyaclarını özü edə bilər. İş həyatına isə bir həftədən sonra qayıtmaq mümkündür.
Estetik burun əməliyyatları risklidir?
Təcrübəli bir mütəxəssis tərəfindən edilərsə, heç bir risk olmaz. Amma yenə də bu bir əməliyyatdır, nəticədə qanaxma da, infeksiyaya yoluxma, burun şəklinin ürəkaçan olmaması da mümkündür. Buna görə də diqqətli olmaq vacibdir.
Əməliyyat neçəyə başa gəlir?
- Qiymət əməliyyatı edən cərrahın, narkozun tipinə, əməliyyatın gerçəkləşdirildiyi xəstəxanaya görə dəyişir.

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC