Qadınlarda burun estetik əməliyyatı

Bunlar arasında müasir dövrdə ən çox inkişaf edəni və yayılanı rinoplastika yəni burun estetik cərrahı əməliyyatıdır.

Qadınlar hər zaman formada qalmaq, gözəl və qüsursuz görünmək üçün müxtəlif vasitələrə əl atıblar.

Cərrahiyyə vasitəsilə xoşagəlməz burun düzəldilə bilər və xanım bu kompleksdən azad ola bilər.

Son vaxtlar plastik cərrahiyyədə ən çox hansı əməliyyat növü yayılıb?

 Hazırda statistikaya görə bütün dünyada birinci yerdə ən çox icra olunan liposaksiya əməliyyatıdır. Azərbaycanda isə üz nahiyəsində dəyişiklik etmək istəyənlər yəni rinoplastika burun əməliyyatı etmək istəyənlər daha çoxdur. Bunlar arasında isə burun əməliyyatı – rinoplastika ön sıradadır. Plastik cərraha müraciət edən 10 pasientdən 6 nəfəri burun estetikası üçün müraciət edir. Bunların təqribən 80 faizi xanımlar, 10 faizi isə kişilərdir. Üz görünüşünü dəyişmək çox da asan bir iş deyil. Gözəl burun əməliyyatı icra etməyi bacarmaqla hər pasienti razı salmaq olmaz. Hər 10 insandan 8-i təbii burun istəyir. Təbii burun deyəndə isə dəlikləri görünməyən, ucu çox da dik olmayan burun nəzərdə tutulur. 

 Əməliyyatdan sonra bəzi problemlər ortaya çıxır. Məsələn, burun əyilir, əvvəlki görünüşünü itirir. Buna səbəb nədir?
 Bu, burun dəstəyinin normal olmamasından irəli gəlir. Əməliyyat zamanı çəpərdə olan əyriliklər və estetik işlənmə qaydasında aparılmalıdır. Burun çəpərində olan əyriliyi aradan qaldırmaq mümkündür. Bəzi hallarda əyriliyi düzəltmək üçün  çəpəri tamamilə izolə edərək korreksiya aparıb yenidən öz mövqeyinə qaytarmaq lazım gəlir. Qığırdağın hafizəsi dediyimiz bir anlayış var. Onun zamanla əvvəlki yaddaşa geri qayıtması ehtimalı olduğu hallarda, qarşısını almaq üçün əməliyyatdan sonrakı ilk 2 ay müddətində buruna masaj edilməlidir. 
Bir də insanları göz altı nahiyədə ləkə qalma halı narahat edir. Hər insanda piqment formalaşma xüsisiyətləri fərqlidir. Bəzən xəstələrdəbu cür piqmentasiyalar qısa müddətdə keçir.Bəzilərində isə 1 həftə hətta 10 gün müddətində davam edir. Əgər sorğu zamanı bu tip detallar dəqiqləşdirilirsə, hətta əməliyyatdan öncə profilaktik krem və tabletlər təyin olunur.

 

 

Sizdə öz burun kompleksinizdən azad olmaq istəyirsinizsə o zaman buyurub müraciət edə bilərsiniz. Əlaqə və ətraflı məlumat üçün +994 70 291 05 05 (whatsapp) və ya zəng edə bilərsiniz..

 

 

 

#burunemeliyyatiqiymeti #burunemeliyyatisonrasi #rinoplastikaemeliyyati #qadinlardaburunestetikemeliyyati #kisilerdeburunestetikemeliyyati

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC