QAPALI RİNOPLASTİKA ƏMƏLİYYATI

Qapalı rinoplastika ( qapali ) əməliyyatı zamanı kəsik burun boşluğundan aparılır. Cərrah burun dərisini burnun karkasını təşkil edən burun sümükləri və qığırdağından ayırır. Bundan sonra burnun formasını asanlıqla dəyişdirə, arzu edilən formanı əldə etmək üçün həcmi kiçiltmek lazım gelerse böyütmek de mümkün ola bilir. Məsələn, cərrah burnu daraltmaq üçün qığırdağın burun arxasındakı donqar hissələrini kəsib forma verir. Sonra sümük hissəsini yanlardan yaxınlaşdırır ve qığırdaqları burun çəpərının üst hissəsinə öz təbii yerinə tikir. Burnun çıxıntılı hissələrinin götürülməsi xüsusi alətlər vasitəsilə həyata keçirilir. Cərrah burun sümüklərinin və qığırdağın formasını dəyişdirdikdən düzgün forma verdikdən sonra, yumşaq toxumaları o cümlədən aparılan kəsiyi tikir. Burnun formasını saxlamaq üçün burun arxasına gipsi əvəz edən müasir splintler qoyulur o da 7-14 gün ərzində çıxarılır (şişkinliyin çəkilməsinə bağlı olaraq).

Son illər Azərbaycanda burun estetik əməliyyatına maraq digər əməliyyatlara nisbətən kəskin artıb.  Burada əsas məqamlardan biri doğru cərraha müraciət etməkdir. Bunu ona görə vurğuladıq ki burunda estetik əməliyyat etdirən pasientlər  bir çox hallarda nəfəsalmada çətinliyin olması və ya estetik görüntünün qənaətbəxş olmaması problemləri ilə rastlaşırlar. Qeyd edək ki, 2016-cı ilin fevral ayından artıq Azərbaycanda burun əməliyyatlarında bir yenilik oldu. Ultrasonik (piezo) rinoplastikanı dünyada tətbiq edən 4-cü ölkə Azərbaycan oldu. Ultrasonik rinoplastikanın sayəsində əməliyyat sırasında çəkic və digər küt alətlərin istifadəsinə son qoyuldu, əməliyyat sonrası reabilitasiya dövrü bir həftəyə qədər qısaldıldı. 

Son günlərin ən aktual mövzularından biri burun estetikasını qulaq, burun, boğaz cərrahları yoxsa plastik cərrahlar etməlidir sualıdır. Bu barədə sizin fikriniz necədir?

  • Rinoplastikanı həm LOR, həm də plastik cərrahlar icra edə bilər. Əsas tələb olunan amil bu əməliyyatı icra edəcək cərrahın burundaxili orqanlara və onların patalogiyalarına (burun çəpər əyriliyi, haymorit, konxa patalogiyaları və s.) lazımi qədər hakim olması və ehtiyac yarandığında bu əməliyyatları eyni anda icra etməsidir. Bizə estetik əməliyyat üçün  müraciət edən pasientlərin böyük əksəriyyətində nəfəsalma, haymorit, burun axıntısı  problemləri də olduğu üçün düşünürəm ki, burunun estetik əməliyyatlarını LOR cərrahların icra etməsi daha məqsədəuyğundur.

Rinoplastika əməliyyatı neçə yaşından icra olunmalıdır?

Rinoplastika əməliyyatı insan yetkinlik yaşına çatdıqdan sonra tətbiq olunmalıdır. Əgər burunun daxilində və xaricində problem varsa qızlarda ən tez 15-16, oğlanlarda isə 17-18 yaşdan etibarən əməliyyat aparıla bilər. Bu arada qeyd edim ki, yuxarı yaş həddi isə yoxdur. Təbii ki əgər pasientin ümumi vəziyyəti uyğundursa. Mənim rinoplastika əməliyyatı icra etdiyim ən yaşlı xəstəmin 61 yaşı olub. Ədəbiyyatda 85-90 yaşlı xəstələrdə belə rinoplastika əməliyyatının icra olunduğu barədə məlumatlar var.

Rinoplastika əməliyyatı üçün mövsüm fərqi varmı ?

-Rinoplastika istənilən mövsümdə icra oluna  bilər. Sadəcə hər mövsümə uyğun olaraq həkimin spesifik   məsləhətlərinə əməl etmək lazımdır. Məsələn, yay aylarında günəşin altında gəzməməli, qışda isə özünü soyuqdan gözləməlidir. Ümumiyyətlə isə hansı dövrdə aparılmağından asılı olmayaraq əməliyyatdan sonrakı bir ay ərzində günəşdən qorunmalıdır. Çünki, günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər.

Rinoplastika əməliyyatını  icra etməzdən əvvəl və pasient əməliyyata hazırlanarkən daha çox nələrə diqqət olunmalıdır?

– Burun üzümüzün tən  orta hissəsində yerləşdiyi üçün burunda aparılan ən kiçik müdaxilə belə ilk baxışdaca hiss olunur. Bu əməliyyatı icra etməzdən öncə pasientin istəkləri, həkimin ona edə biləcəkləri və cərrahiyyənin imkanları üst-üstə düşməlidir. Mənim fikrimcə ən uğurlu əməliyyat təbii, gözəl və üz ilə bir tamlıq təşkil edən burunlardır.  Biz əməliyyat öncəsi xəstənin ümumi sağlıq durumunu diqqətlə dəyərləndiririk.  Əməliyyatdan öncə anestezioloqun baxışı, labarator və instrumental müayinələrin nəticələrini diqqətlə araşdırıb sonra əməliyyat qərarı veririk. Əməliyyat həm ümumi həm də yerli anesteziya ilə aparıla bilər. Bu arada qadın və kişi burunları ayrıca dəyərləndirilməlidir. Belə ki, kişi burunları çox kiçik olmamalı, burun arxası maili olmamalı əksinə düz olmalı, burun ucu çox qalxmamalıdır. Qadınlarda isə tam tərsi burun  incə olmalı, burun arxası bir qədər maili və üz ilə ahəng içində olmalıdır.

Bundan əlavə pasientlərin istəklərini nəzərə alaraq əməliyyatdan qabaq xüsusi kompyuter proqramı vasitəsilə təxmini burun forması hazırlanıb göstərilir.

Bildiyimiz qədər bu əməliyyat bir neçə üsulla aparılır. Siz daha çox hansı üsula üstünlük verirsiniz?

–Rinoplastika əməliyyatı açıq və qapalı olmaqla 2 üsulla həyata keçirilə bilər. Qapalı üsulda nisbətən az problemi olan burunları əməliyyat etmək daha məqsədəuyğundur. Biz öz praktikamızda açıq üsulla əməliyyata daha çox üstünlük veririk. Bunun üstünlüyü ondan ibarətdir ki, burunda olan ən kiçik qüsurları belə gözlə görüb aradan qaldırmaq mümkündür. Yeri gəlmişkən incə və qalın dərili burunlara müdaxilə etmək , əvvəllər uğursuz əməliyyat keçirmiş xəstələrdə də açıq üsulla əməliyyat icra etmək arzuolunan nəticəni əldə etməyə imkan verir.    

Digər klinikalarda əməliyyat olunmuş, uğursuz nəticə əldə edən, burun forması xoşuna gəlməyən pasientlərdən sizə müraciət edən olurmu?  Bu zaman hansı çətinliklərlə rastlaşırsınız?

-Qeyd edim ki həkim seçimi olduqca məsuliyyətli bir prosesdir. Məncə pasientlər həkim axtarışına kifayət qədər vaxt ayırmalıdır. Bu zaman ən doğru seçimlərdən biri həmin həkimin əvvəllər əməliyyat olunmuş pasientlərindən rəy öyrənməkdir. Həmçinin  cərrahın təcrübəsini, əvvəllər icra etdiyi əməliyyatların sayını öyrənmək də pasientə köməklik edəcək. Bizim sahədə təkrar əməliyyatlar revizyon əməliyyat adlanır. Revizyon əməliyyatı icra edən həkim  həm burundaxili strukturlara, həm də estetik üz analizinə kifayət qədər hakim olmalıdır. Ona görə də pasientlər  elə ilk əməliyyatını bizə etibar etsələr daha doğru qərar vermiş olarlar. Çünki, ikincili əməliyyatlar zamanı  bir sıra çətinliklərlə rastlaşırıq. Əvvəlki əməliyyatdan sonra əmələ gələn çapıq toxumalar, burunda yeni bir görüntünü əldə etmək üçün istifadə etdiyimiz qığırdağın olmaması və bu qığırdağı əldə etmək üçün qulaq və ya qabırğadan qığırdaq parçasının alınmasına ehtiyacın olması xəstə üçün əlavə çətinliklər yaradır. Nəfəsalmada yaradılan çətinlikləri də bura əlavə etsək bizim işimizin nə qədər məsuliyyətli olduğunu dərk edəcəksiniz. Bütün peşə fəaliyyətimi rinoplastika əməliyyatına həsr etdiyim və bu işdə dünyanın ən nüfuzlu rinoplastika ustaları Dean M. Toriumi, Tom D. Wang  və digərlərinin təcrübələrindən yararlanmağım bu işi ən incəliklərinə qədər öyrənməyimə səbəb olub. Ona görə də burun estetikası əməliyyatının  bu sahədə kifayət qədər təcrübəsi olan cərrahlar tərəfindən icra olunması daha müvafiqdir.

Bizə yazan oxucuların ən çox verdiyi sual Ultrasonik (piezo) rinoplastika ilə bağlı  və əməliyyatdan sonra buruna qoyulan tamponlar,  üzdə olan göyərmə, şişkinliyin olmasıdır. Bu sahədə hansısa yeniliklər varmı? Ümumiyyətlə Ultrasonik (piezo) rinoplastikanı Azərbaycanda ilk tətbiq edən cərrah kimi nə deyə bilərsiniz?

Xəstələrin ən çox qorxduqları əməliyyatdan sonra burunda olan göyərmə və şişkinliklərdir. Göyərmə ve şişkinliyə səbəb burun sümüklərinin sındırılmasıdır. Bu zaman bu damarlardan sızan qan isə göyərmə və şişkinliyə səbəb olur. Artıq burun estetiknin göyərmə ve şişkinlik yaradan bu hissəsi üçün çox özəl yeni bir üsul var. Buna Ultrasonik Piezzo rinoplastika deyilir. Yəni artıq burun sümüklərini səs dalğaları ilə kəsirik. Bu üsul sümüyü kəsib yumşaq toxumalara və damarlara qətiyyən zərər verməyən bir üsuldur. Sümüyə toxunduğunda sümüyü kəsir, ancaq damara toxunduğunda damara heç bir zərər vermir və bu səbəbdən qanama olmur. Heç bir şəkildə yumşaq toxuma və damar zədələnməsi olmadığı üçün qanama olmur, qanama olmadığı üçün göyərmə və şişkinliklər də olmur. Normal rinoplastika üsulu ilə edilən əməliyyatda çox ciddi şiş və göyərmə ola biləcək bir xəstədə Ultrasonik üsulla çox az şiş və göyərmələr olur. Yəni bu üsulla əməliyyat olunan xəstələr çox tez normal həyatlarına qayıdırlar. Artıq bir neçə ildir ki  rinoplastika əməliyyatı zamanı buruna tampon qoymuruq.  Hətta bu tamponun ciddi əks göstərişləri olduğu barədə məlumatlar var. Bunun əvəzinə ölçüsü 1mm qalınlığında silikon borulardan istifadə edirik ki, pasient əməliyyatdan dərhal sonra nəfəs alır. Eyni zamanda ənənəvi gipslər əvəzinə hazır termosplintlərdən istifadə edirik. Əməliyyat uyğun prinsiplərə görə icra edildiyindən ağrı demək olar ki olmur. Burundaxili problemləri  endoskopik üsulla əməliyyat etdiyimiz üçün pasient az travma alır. 7-10 gün sonra bütün pasientlər öz əvvəlki iş fəaliyyətinə başlaya bilər.

QAPALI RİNOPLASTİKA əməliyyatının qiyməti açıq rinoplastika əməliyyatından demək olarki baha icra olunur əməliyyat daha çətin və daha uzun müddət çəkir.

 

Ətraflı məlumat və burun əməliyyatının qiyməti üçün kontakt +994 70 291 05 05 (whatsapp) və ya zəng edə bilərsiniz.

 

 

#rinoplastika #qapalirinoplastika #aciqrinoplastika #qapalirinoplastikaqiymeti #letdownrinoplastika

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq lor və estetik cərrah Dr. Fərid Əliyevə məxsusdur. Müalicə və proflaktika tədbirləri həkimdən məsləhətsiz aparılmamalıdır. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.rinoplastik.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç., 99

  Tel: +994 70 291 05 05

info@burunestetiki.az

 

Copyright © 2024, faridaliyev.az Dizayn: İNNOA MMC